QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nə vaxta tikərlər? ABŞ “Şimal Axını-2” qaz kəmərinin tikintisinə mane olmağa çalışır

Abunə olmaq
Rusiyanın “Akademik Çerski” gəmisi artıq “Şimal Axını-2” qaz kəmərinin tikintisi tamamlanmamış hissəsinə tərəf yaxınlaşıb. Daha öncə “Fortuna” boru düzən gəmisi də kəmərə tərəf yönəlmişdi.

Hər iki gəmi “Şimal Axını-2” kəmərinin tikintisini tamamlamağa qadirdir. Rusiya-Avropa layihəsinin taleyi ABŞ-ın təzyiq və sanksiyalarına görə sual altında qalıb. Daha öncə Vaşinqton layihəyə qarşı məhdudiyyətlər qoyub və iştirakçılardan dərhal kəmərin tikintisini dayandırmağı tələb edib. Yeni qaz kəmərinin Rusiya qazını Baltik dənizi vasitəsilə Almaniyaya, daha sonra isə digər Avropa ölkələrinə çatdırması nəzərdə tutulub. ABŞ isə fəal olaraq layihəyə qarşı çıxır, belə ki, kəmər ölkənin iqtisadi maraqlarına çox böyük zərbə vurur.

Xəbər lenti
0