08:02 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
© Sputnik / Leyla Orucova / Rahim Məmmədov

44 günlük Vətən müharibəsi ərzində Ermənistan SQ-nin durmadan atəşə tutduğu kəndlərdən biri də Goranboyun Tap Qaraqoyunlu kəndi olub. Bu dəfə isə qəhrəman kənd onun keşiyində duran əsgərlərdən birinin evə dönüşünü belə qarşılayıb. Daha ətraflı – videomuzda.

Ermənistan tərəfinin hədəf seçdiyi, ən çox mərmi atəşinə tutduğu kəndlərdən biri Goranboyun Tap Qaraqoyunlu kəndi olub. Kənddə bir çox ev, administrativ bina dağılıb, yararsız hala düşüb. Buna baxmayaraq, kənd sakinləri bircə gün belə kəndlərini tərk etməyi düşünməyib, əksinə oğullarını cəbhəyə göndərməklə, ordumuza var gücləri ilə dəstək olmağa çalışıblar.

Sakinlər şəhid olmuş mərd oğullarını bütün kənd olaraq son mənzilə yola salıb, qazilərini isə birgə qarşılayıblar. Ömər Aslanov da Murov istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri isə onun evə geri dönüşünü lentə almağa müvəffəq olub.

Döyüş yoldaşlarını xilas etmək üçün öz canını qurban verən şəhid – video>>

Ömərin valideynləri oğlu ilə fəxr etdiklərini, onun kiçik yaşlarından Vətənə bağlı bir gənc olduğunu bildirib. Qeyd edək ki, Ömər evlidir, iki qız övladı var.

Digər videolar

Əsas mövzular