QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhidlər ölməz! Qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib – video

Abunə olmaq
Prezident İlham Əliyevin sərəncamı ilə bu gün bütün Respublika üzrə saat 12:00-də bir dəqiqəlik sükut elan edilib. Şəhidlərin ruhunun paytaxtda necə anıldığını videomuzda izləyin.

Vətən müharibəsində həqiqətin bərqərar edilməsi, 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yollarda maşınların hərəkəti dayandırılıb, mərkəzdə bayraqlar endirilib. Bir dəqiqə ərzində bütün Azərbaycan vətəndaşlarının ürəyi bir olub, yalnız həyatını gələcəyimiz üçün qurban vermiş qəhrəmanlarla döyünüb. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. 

Xəbər lenti
0