06:06 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Şanlı Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdikdən sonra bütün şuşalılar doğma yurduna geri dönəcəkləri günü səbirsizliklə gözləyir. Bu cür ailələrdən biri də Novruzovlar ailəsidir. Daha ətraflı videomuzda izləyin.

Əslən şuşalı olan Səməd Novruzovu Azərbaycanda Rusiyanın NTV kanalında yayımlanan “Sən Supersən!” vokal layihəsində uğurlu iştirakından sonra tanımağa başladılar.

Şuşadan olan məcburi köçkün ailəsi öz oğlunu Moskvaya göndərir>> 

İlk turdan jüri və izləyicilərin simpatiyasını qazanan Səməd Sağlamlıq imkanları məhdud, görmə əngəlli uşaqlar üzrə ixtisaslaşmış 5 nömrəli Respublika xüsusi internat məktəbində oxuyub. Daha sonra ölkəni layihənin ikinci turunda da uğurla təmsil edib. Moskvadan qayıtdıqdan sonra isə Səməd ifa etməyə, vokalla məşğul olmağa, eyni zamanda yerli və beynəlxalq müsabiqələrdə iştirak etməyə davam edib.

Novruzovlar ailəsi — Səmədin atası, anası və kiçik bacısı artıq 28 ildir ki, Bakıda yaşayır. Onlar 1992-ci ildə Ermənistan SQ tərəfindən işğal edilmiş Şuşa şəhərindən məcburi köçkün düşüblər. Oğlanın atası Əbülqasım Novruzov öz oğlunu Milli Konservatoriyanın tələbəsi kimi görmək istəyir.

“Hər qarabağlı kimi, Səməd də müəyyən istedadlarla doğulub – onun gur və gözəl səsi var”, - deyə ata öz oğlu haqqında danışıb.

İndi isə bütün ailə 8 noyabr tarixində şanlı Ordumuz tərəfindən azad edilmiş doğma şəhərinə geri qayıdacağı günü gözləyir. Ailənin hər üzvünün öz arzuları, öz planları var. Səməd isə Şuşa səhnəsində verəcəyi ilk solo konsertə hazırlaşır.

Digər videolar

Əsas mövzular