Kəlbəcər deyəndə, gözümüzün önünə qızıl yataqları, sıx meşələr, qiymətli ağaclar gəlir. Ermənilər isə bu torpaqları tərk edərkən bu cənnəti məhv etməyə, oksigen mənbəyini tələf etməyə çalışıblar.
22 il Kəlbəcərin Əsrik kəndində meşəbəyi işləyən Vaqif İmranov bildirir ki, onun bir vaxtlar nəzarət etdiyi meşəlik ərazilər qiymətli ağaclarla zəngin olub. Onun öz əlləri ilə və məktəblilərlə birgə əkib-becərdiyi ağaclar hal-hazırda yandırılıb məhv edilir. Amma Vaqif kişi tezliklə doğma elinə qayıdıb yenidən həmin meşələri bərpa etmək fikrindədir.
Qışda qarlı mənzərəsi, yayda sərin meşələri, bulaqları ilə seçilən Kəlbəcərə ölkənin bütün bölgələrindən insanlar axışırdı. Çay kənarında çadırlar qurub, təbiətin mənzərəsini seyr edirdilər. Sevincləri hədsiz olan kəlbəcərlilər doğma yurdlarına qayıtmağa tələsirlər. O gün isə artıq uzaqda deyil.