QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdam, biz səni yenidən qarış-qarış tikəcəyik: “Ruhlar şəhəri”ndən reportaj – video

Abunə olmaq
Noyabrın 20-dən etibarən Ağdam rayonu erməni işğalından tamamilə azad edilib. Şəhərdə daş üzərində daş qalmayıb desək, yanılmarıq. Şəhərin 27 illik işğaldan sonra necə göründüyünü videomuzda izləyin.

Ağdam hal-hazırda “Ruhlar şəhəri”nə bənzəyir. Şəhərdə bütün binalar dağıdılıb, ətrafı minalanıb, üzüm sahələri çoxdan əkilib-becərilmir. Ümumiyyətlə, elə təəssürat yaranır ki, elə bil burada 30 il heç kim yaşamayıb.

Bütün bu dağıntılar fonunda isə möcüzə nəticəsində məhv olmayan Cümə Məscidi ucalır. Məscid iki müharibə görüb, dəhşətlərin şahidi olub – 1992-ci ildə Xocalı soyqırımı qurbanlarının nəşlərini Ağdama çatdıraraq bu məscidə gətiriblər. İndi isə, 27 illik işğaldan sonra məscidin ərazisi təmizlənib sahmana salınıb, Azərbaycan bayrağı sancılıb, burada yenidən azan oxunaraq namaz qılınıb.

Füzuli bu gün necə görünür: Erməni faşizminin sübutları - Sputnik Azərbaycan
VİDEO
Füzuli bu gün necə görünür: Erməni faşizminin sübutları

Ağdamlılar artıq məcburi köçkün hesab edilmirlər. Evinə xoş gəldin, Ağdam!

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Azərbaycan Silahlı Qüvvələri Füzuli istiqamətində hərəkət edir – video>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0