CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qış sərt keçəcək: Azərbaycan özünütəcrid rejiminə qayıdır – video

Abunə olmaq
Azərbaycan yenidən xüsusi karantin rejimini sərtləşdirdi. Ölkə COVID-19-la birlikdə qış mövsümünü qarşılamağa hazırlaşır. Daha ətraflı – videomuzda izləyin.

İnsanlar artan COVID-19 statistikası fonunda mövsümi xəstəliklərlə necə mübarizə aparacaqlarını bilmir və ən əsası simptomları qarışdırmaqdan ehtiyat edirlər.

Payızın gəlişi ilə birlikdə qrip və soyuqdəymə mövsümü də başlayıb. İnsanlar  artan COVID-19 statistikası fonunda bu xəstəliklərlə necə mübarizə aparacaqlarını və ən əsası da qriplə koronavirus simptomlarını bir-birindən hansı yolla ayıracaqlarını bilmirlər.

Artıq bütün dünyada koronavirus pandemiyası insanlarda əvvəlki kimi qorxu hissi deyil, qıcıq, əsəbilik yaradır. Bakıda isə gündəlik 2 min nəfərə çatmış yoluxma statistikası artıq heç kimi təəccübləndirmir.

Koronavirusun yayılması və mümkün nəticələrinin qarşısının alınması məqsədilə ölkədə karantin rejiminin müddəti 28 dekabr 2020-ci il, saat 06:00-a qədər uzadılıb. Sərt karantin rejimi Şəki, Lənkəran, eləcə də Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz bölgələrində dekabrın 7-dək qüvvədə qalacaq.

Xəbər lenti
0