QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Füzuli bu gün necə görünür: Erməni faşizminin sübutları

Abunə olmaq
Oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad olundu. Füzulinin ən son görüntülərini videomuzdan izləyin.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilk dəfə işğaldan azad olunmuş torpaqlarda olub. Erməni işğalı altında olduğu müddətdə Füzulidə necə deyərlər, daş daş üstə qalmayıb: binalar yararsız hala salınıb, dini abidələr məhv edilib, infrastruktur dağıdılıb və ətraf torpaqlar minalanıb.

Azərbaycan Silahlı Qüvvələri Füzuli istiqamətində hərəkət edir – video  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycan Silahlı Qüvvələri Füzuli istiqamətində hərəkət edir – video

Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, artıq Azərbaycan hakimiyyəti Füzuli şəhərinin və digər işğaldan azad olunmuş yaşayış məntəqələrinin bərpası prosesinə başlayıb.

“Tezliklə məcburi köçkünlər bu şəhərə və işğaldan azad edilmiş digər ərazilərə qayıdacaqlar. Bununla da beynəlxalq ictimaiyyət Ermənistanla Azərbaycan arasındakı fərqi görəcək. Hamı Ermənistanın dağıdıcı fəaliyyətinin və Azərbaycanın quruculuq işlərinin bir daha şahidi olacaq”, – deyə ölkə başçısının köməkçisi qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0