Son bir neçə həftə ərzində ölkə üzrə həm yoluxanların, həm virusa görə dünyasını dəyişənlərin sayı getdikcə artır. 15 oktyabr tarixindən etibarən Quba rayon mərkəzinə və bəzi kəndlərinə giriş-çıxış qadağandır.
Şəhərin bəzi kənd və qəsəbələrinin giriş-çıxışlarında postlar qurulub, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
Qubada ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır, ictimai nəqliyyat işləmir. Sakinləri narahat edən ən başlıca amil isə bu dəfə bazarın işləməməsidir, belə ki Quba əhalisinin əksəriyyəti kənd təsərrüfatı mallarının istehsalı və bazarda satılması ilə dolanır.
Koronavirusa yoluxan zaman antibiotik qəbul etməyin>>
Bu vəziyyətə baxmayaraq, qubalılar sağlamlıqlarının hər şeydən öndə gəlməsini anlayır, dövlətin qoyduğu qayda-qanuna əməl etməyə çalışırlar.