QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

RF Müdafiə Nazirliyinin mühəndis-istehkamçı bölmələri Dağlıq Qarabağa yollanır – video

Abunə olmaq
Rusiyanın sülhməramlı mühəndis-istehkamçı bölmələri Dağlıq Qarabağa yollanıb. Daha ətraflı Rusiya Federasiyası Müdafiə Nazirliyinin videosunda izləyin.

Nazirlik bildirib ki, istehkamçı bölmələr mühəndis kəşfiyyat tapşırıqlarını yerinə yetirəcək, habelə ərazinin, yol və obyektlərin minalardan təmizlənməsi ilə məşğul olacaq. Partlayıcı maddələrin aşkarlanması üçün isə xidməti itlərdən istifadə ediləcək.

Прикрытие и сопровождение колонн миротворцев ВС РФ вертолетами армейской авиации - Sputnik Azərbaycan
VİDEO
Rusiya helikopterləri sülhməramlı birləşmələrin kolonlarını müşayiət edirlər

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0