08:18 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YouTube / Минобороны России

Helikopter qruplaşması münaqişə zonasında atəşkəs rejimi rayonlarının havadan monitorinqini, həmçinin çətin gedilən ərazilərə zəruri əmlakın çatdırılmasını həyata keçirəcək.

Rusiya Hava-Kosmik Qüvvələrinin ordu aviasiyasının Mi-24 və Mi-8 helikopterlərinin heyətləri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə riayət olunmasına nəzarət üzrə vəzifələrini həyata keçirəcəkləri rayonlara marş həyata keçirən sülhməramlı birləşmələrin hərbi kolonlarını müşayiət etməyə başlaylblar. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

В Ханкенди прибыли Тигры и Тайфуны - видео
YouTube / Карабах – Азербайджан!

Helikopter eskadrilyasının pilotları "Erebuni" aerodromundan Gorus və Xankəndi yaşayış məntəqələrinə marşrutları üzrə marşlar həyata keçirən sülhməramlı qüvvələrin kolonlarını qorumaq və müşayiət etmək üzrə vəzifələri yerinə yetiriblər.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Şuşada 28 ildən sonra yenidən cümə namazı qılındı – video >>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

Digər videolar

Əsas mövzular