22:52 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YouTube / Карабах – Азербайджан!

Ötən sutka ərzində 15 ayrı sülhməramlı briqadanın alt birləşmələri Xankəndinə gətirilib. Konvoyun tərkibinə zirehli nəqliyyat vasitələri, avtomobillər və texniki-təchizat materialları daxildir.

Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, sülhməramlı briqadanın ön bölmələri Gorus, Sos, Göytala, Lısoqorski aşırımı, Şuşanın cənub-qərb dairəsi marşrutu üzrə hərəkət edərək “Cənub” cavabdehlik zonasında 4 müşahidə məntəqəsi yerləşdirməyə başlayıb.

Sülhməramlı kontingent müasir silahlar, hərbi və xüsusi texnika, o cümlədən, BTR-82A zirehli nəqliyyat vasitələri, “Tiqr” və “Tayfun” zirehli maşınları ilə təchiz olunub.

Sülhməramlı kontingentin bölmələri Laçın dəhlizini və Laçın yolunun bir hissəsini - Lısoqorski sovxozunu 6 müvəqqəti müşahidə məntəqəsi quraraq nəzarətə götürüb.

Ümumilikdə, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 10 müşahidə məntəqəsi yerləşdirilib.

Qeyd edək ki, atəşkəsə riayət olunmasına və hərbi əməliyyatlara nəzarət etmək üçün əraziyə Rusiya Federasiyasının 1960 hərbçi, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1158)

Digər videolar

Əsas mövzular