Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Lavrov Qarabağda sülhün bərpasından sonra ən vacib addımın nədən ibarət olduğunu açıqladı

Abunə olmaq
Rusiyanın xarici işlər nazir Sergey Lavrov Qarabağda millətlərarası razılığın əldə olunmasına imkan verəcək ən vacib addımdan danışıb. Daha ətraflı – videoda.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici mətbuata verdiyi müsahibəsində bütün qaçqın və məcburi köçkünlərin Qarabağa qayıtmaq, mədəni, sivil və dini köklərini bərpa etmək hüququna sahib olduqlarını bildirib.

Rusiyalı sülhməramlılar Laçın dəhlizi ilə təyinat nöqtəsinə gedirlər - video - Sputnik Azərbaycan
VİDEO
Rusiyalı sülhməramlılar Laçın dəhlizi ilə təyinat nöqtəsinə gedirlər - video

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Rusiya helikopterləri Qarabağ səmasında - video >>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0