08:18 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YouTube / Минобороны России

Rusiya helikopterlərindən atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin havadan izlənməsi üçün istifadə ediləcək.

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatında Rusiyanın Hərbi Kosmik Qüvvələrinin "Mi-8" və "Mi-24" helikopterlərindən də istifadə olunacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, 8 texnika artıq Yerevandakı hava limanına gəlib.

Məlumatda həmçinin bildirilir ki, helikopterlər atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin havadan izlənməsi üçün istifadə ediləcək.

Qeyd olunur ki, onlar sülhməramlı kontingentin şəxsi heyətini və əşyalarını çətin əlçatan yerlərə çatdıracaqlar.

Prezident İlham Əliyev Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin 3-cü bəndində qeyd olunurdu ki, Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 nəfər hərbi qulluqçudan, 90 zirehli transportyordan, 300 vahid avtomobil və xüsusi texnikadan ibarət sülməramlı kontingent yerləşdiriləcək.

Teqlər:
prezident İlham Əliyev, Ermənistan, Yerevan, Rusiya, Rusiya Müdafiə Nazirliyi, Mi-24, Mi-8 helikopteri

Digər videolar

Əsas mövzular