Sputnik Azərbaycan Qələbə bayramının davam etdiyi şəhərin mərkəzində olub. Baş verənləri videomuzda izləyin.
Azərbaycan Prezidenti İlham Əliyev ötən gecə Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyannamənin imzalanmasından sonra xalqa müraciət edib.
Nəğmələr, gülüş, sevinc Bakının hər yanını bürüyüb. Şəhərin sakinləri Azadlıq meydanında rəqs edirlər. Olayları videomuzda izləyin.
Sputnik Azərbaycan Bakının mərkəzinə gedərək xalqın sevincini lentə alıb. Azərbaycan Qələbəni belə qeyd edir.