Ali Baş Komandan qələbə xəbərini elan edəndən sonra insanlar küçələrə çıxıb qələbəni qeyd ediblər.
Yevlax rayonunda sakinlər əllərində bayraq, ölkə rəhbəri İlham Əliyevin şəkilləri ilə gecə saatlarında şəhərin mərkəzi küçəsində yürüşə çıxıblar. Qələbə əhval-ruhiyyəsi Mingəçevirdə də hiss olunur. Şuşa sakinləri də Mingəçevirdə öz doğma yurdlarının azad olunmasını sevinc göz yaşları ilə qeyd ediblər. Onlar qələbəyə görə ordumuza, Ali Baş Komandana təşəkkür ediblər.
Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev Şuşa şəhərinin 28 illik yadelli tapdağı altında qalmasından sonra nəhayət, Azərbaycan əsgəri tərəfindən işğaldan azad olunduğunu bəyan edib.
Şuşa qərargahının bayrağı nəhayət evinə qayıdacaq – video >>
Bu gün, hər bir azərbaycanlı üçün ən xoşbəxt gün adlandırıla bilər. Bu xəbəri eşidən bakılılar da hədd-hüduda sığmayan sevincini yollara çıxıb, bayram edərək göstərib.