QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ruhun şad olsun, şəhid, Şuşa bizimdir! Bakılılar qəhrəmanlarımızı yad etdilər – video

Abunə olmaq
Bu gün Azərbaycan tarixində yeni səhifə yazıldı. Bakı sakinləri Şuşanın işğaldan azad edilməsi günündə Şəhidlər Xiyabanını ziyarət edərək, onların ruhunu bir daha yad etdilər.

Bu gün Azərbaycan xalqının əbədiyyən yadında qalacaq bir gündür. 28 il yarım işğal altında qalan Şuşa nəhayət şanlı Azərbaycan ordusu tərəfindən azad olundu. Bütün şəhərdə bayram əhval-ruhiyyəsi yaşansa da, bu günü bizə kimin yaşatdığı, bu bayramın nəyin bahasına başa gəldiyi heç kimin yadından çıxmayıb. Bakı sakinləri əllərində bayraq və qərənfillərlə, dillərində Azərbaycan himni Şəhidlər Xiyabanını ziyarət edərək, vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızı yad etdilər.

Xəbər lenti
0