Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Özü xidmət edərkən ailəsinin 5 üzvünü Naftalanda itirmiş hərbçi – VİDEO

Abunə olmaq
Sentyabrın 27-də Ermənistan SQ-nin atdığı mərmilərdən biri xidmətdə olan Nadir Qurbanovun 5 ailə üzvünün həyatına son qoyub. O, evə qayıdanda ailəsinin artıq onu gözləmədiyini, evinin isə viran qaldığını görməli olub.

Naftalanda Qaşaltı kəndində yaşayan Qurbanovlar ailəsi Vətən müharibəsinin birinci qurbanlarından idi. Sentyabrın 27-də düşmən ordusunun atdığı mərmilər kənddəki evlərə tuş gəlib.

Naftalanda bütün ailənin tələf olduğu evdən dəhşətli kadrlar 18+ - Sputnik Azərbaycan
VİDEO
Naftalanda bütün ailənin tələf olduğu evdən dəhşətli kadrlar 18+

Saat 17-18 radələrində atılan mərmilərdən biri kənd sakini Nadir Qurbanovun qonşuluğuna düşüb. Həmin səsə görə çölə çıxan ailə üzvləri ikinci mərminin qurbanı olublar. Evə mərminin düşməsini Nadir Qurbanov kənd ərazisində xidmətdə olarkən özü görüb.

Yalnız ailənin Bakıda təhsil alan övladı evdə olmadığı üçün sağ qalıb.

Evdən əsər-əlamət qalmayıb: Tərtər səhər saatlarından atəş altında >>

Nadir Qurbanov yenidən hərbi xidmətə qayıtmaq niyyətində olduğunu bildirib.

Xəbər lenti
0