QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Həftə boyu səngimək bilməyən mərmi atəşi: fosfor mərmiləri, dağıdılmış məktəb – video

Abunə olmaq
Ermənistan SQ həftə boyu atəşkəsə məhəl qoymadan dinc yaşayış məntəqələrimizi atəşə tutub. Onların atdığı yüzlərlə mərmilərdən biri isə Tərtərdə düşüb. Onun fosfor mərmisi olduğu müəyyən edilib. ANAMA işçilərinin onu necə zərərsizləşdirdiyini videomuzda izləyin.

Bütün həftə boyu bir çox rayonumuz dinc həyatın nə olduğunu bilməyib. Ağdam, Ağcabədi, Tərtərin bir çox kəndi durmadan atəş altında olub. Yüzlərlə ev tamamilə dağılıb.

Ağdamın Təzəkənd qəsəbəsində bir ev tamamilə yanaraq, kül olub. Marızlı kəndinə orta məktəb və Döyüş Şöhrəti Muzeyinin binalarına ziyan dəyib. Ağcabədinin Qaraxanlı kəndində 2016-cı ilin aprel ayında top mərmisindən dağılmış və daha sonra bərpa edilmiş evə yenidən mərmi düşərək dağınıq hala salıb.

Tərtərin Səhləabad kəndi isə həm də fosfor mərmilərindən atəşə məruz qalıb. Mülki əhaliyə qarşı istifadəsi qadağan olunan bu mərmilər texniki nasazlığa görə partlamayıb. Hadisə yerinə gələn ANAMA işçiləri mərmini daşınması mümkün olmadığı üçün yerində zərərsizləşdiriblər.

Xəbər lenti
0