10:46 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Ilham Mustafa / Leyla Orujova

Yeddi yaşlı Qazax rayon Daş Salahlı kənd sakini bir anda internet fenomeninə çevrilib. Ətraflı videomuzda izləyin.

Elton Hacızadənin hərbi maşınların keçidi zamanı yol kənarında dayanaraq əsgər salamı verməsi fotosu onu sosial şəbəkədə bir anda məşhurlaşdırıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri balaca Eltonun yaşadığı evdə olaraq kiçik vətənpərvərlə söhbətləşib.

Babası Elton Hacıyev yaşının az olmasına baxmayaraq nəvəsinin çəkilən fotodakı duruşunun hər gün təkrarlandığını deyib. Onun yol kənarında bəzən saatlarla hərbi maşınları gözlədiyini, onlar keçən zaman isə şəstlə əskər salamı verdiyini söyləyib.

“Bu onun ən xoşladığı, demək olar, hər gün etdiyi hərəkətdir. Nəvələrimin içində ən aktivi, vətənpərvəridir. Hərbiyə çox meyllidir”, - deyib.

Balaca Eltonun nümunəvi hərəkəti sosial şəbəkələrdə paylaşıldıqdan sonra onunla hərbçilər də maraqlanıblar. 2-ci sinif şagirdi olan Elton DSX Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri tərəfindən qəbul edilib. Onunla sərhəd diviziyasında keçirilən görüşdə hərbi forma bağışlanıb. İndi o, formasını geyinib yoldan keçən hərbçilərə hərbi salamı daha ürəklə verir.

Tez-tez yuxusunda özünü hərbi paltarda gördüyünü deyən Eltonun indi arzusunun biri çin olub. Onun sözlərinə görə, ən böyük arzusu isə general olmaqdır. Ailə üzvləri gələcəkdə onun təhsilini hərbi sahədə davam etdirməsi üçün hər cür köməkliyi göstərəcəklərini deyirlər.

Digər videolar

Əsas mövzular