12:20 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Gürcüstanın Qaraçöp kəndinin sakinləri Azərbaycan Ordusuna dəstək məqsədi ilə altı yüz beş baş xırdabuynuzlu heyvan göndərib. Bu hədiyyə Ağcabədidə Müdafiə Nazirliyinin əməkdaşlarına çatdırılıb.

Gürcüstanın Qaraçöp kəndində yaşayan soydaşlarımız hər zaman Azərbaycan xalqının və Prezidentinin dəstəyini hiss etdiklərini bildiriblər. Ölkəmizin yeni tarix yazdığı bu günlərdə Qaraçöp əhalisi Azərbaycan Ordusuna dəstək məqsədilə 605 baş qoyun göndərib.

Heyvanlar Ağcabədidə Müdafiə Nazirliyinin əməkdaşlarına çatdırılıb. Əməkdar kənd təsərrüfatı işçisi, əslən Qaraçöplü olan İlham Quliyev bildirib ki, kənd sakinlərinin duaları Azərbaycan xalqı və əsgərinin yanındadır.

“Biz bilirik ki, Ordumuzun heç nəyə ehtiyacı yoxdur. Amma Qaraçöp sakinləri Ordumuzun yanında olmaqlarını bəyan etmək üçün bu ərməğanı ediblər”, - deyə Quliyev bəyan edib.

O bildirib ki, gürcüstanlı soydaşlarımız Azərbaycanın zəfər çalacağından əmindirlər.

Qaraçöp sakinləri Ordu üçün daha 1000 baş qoyun hazırlayıblar, lakin hələlik Ordumuzda ehtiyac olmadığından gözləmələri xahiş olunub.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
Teqlər:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Ordusu, hədiyyə, Gürcüstan, Azərbaycan

Digər videolar

Əsas mövzular