10:34 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orujova / İbrahim Həşimov

Bu gün səhər saatlarından Ermənistan silahlı qüvvələri yenə atəşkəsi pozaraq Ağcabədi rayonunu atəşə tutub.

Xüsusən də rayonun Yuxarı Qiyaməddinli, Arazbar, Hacılar, İmamqulubəyli kəndləri intensiv atəşə tutulub.

Ən çox atəşə məruz qalan isə yenə Yuxarı Qiyaməddinli kəndi olub. Gecə saatlarından bu gün günortaya kimi kəndə 50-dən artıq mərmi düşüb.

Dağıdılmış qəbir daşları – Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı video >>

Ötən axşam atılan mərmilərdən biri kənd sakini Məzahir Qarayevin həyətinə düşüb və evə xeyli ziyan vurub. Ermənistan ordusunun atdığı sonuncu mərmilərdən biri də kənd sakini Bakir Quliyevin həyətinə düşüb. Bu evə 1993-cü ildə də mərmi düşüb. Həmin vaxt ev tamamilə dağılıb və yenidən təmir edilib. Bu ilin oktyabrında da evə mərmi düşüb və onu dağıdıb.

Ermənistan silahlı qüvvələrinin atdığı sonuncu mərmilərdən biri də yenə həmin həyətə düşüb və təsərrüfata xeyli ziyan vurub.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
Teqlər:
artilleriya atəşi, mərmi, Ağcabədi, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Digər videolar

Əsas mövzular