21:40 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Rahim Məmmədov / Leyla Orucova

Məmmədovlar ailəsi artıq qaçqın deyil. Onların ata-baba yurdu, Qubadlının Sarıyataq kəndi erməni işğalından azad edilib. Onların bu sevinci necə qarşıladığını videomuzda izləyin.

Abbas Məmmədov və onun ailəsi 27 il öncə Qubadlının Sarıyataq kəndini tərk etməyə məcbur qalıb və Mingəçevirdə məskunlaşıb. Amma oktyabrın 25-də Ali Baş Komandanın Qubadlının azad edilməsi xəbərini eşidən andan Məmmədovlar kəndlərinə yenidən dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

“Heç nəvələrim anadan olanda bu qədər sevinməmişdim. Bu bizim üçün yalnız ev deyil, bu bizim üçün həm namusdur, qeyrətdir, vətəndir. Bu sevinclə bir gün yaşamaq 27 ili ört-basdır edir”, - deyə Abbas kişi Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Məmmədovun nəvəsi Zəhra Qaraşova isə Qubadlı haqqında eşidərək, oraların şəkillərinə baxaraq böyüyüb. O da nənə-babası, valideynləri kimi Sarıyataq kəndini görmək üçün səbirsizlənir.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)

Digər videolar

Əsas mövzular