Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO

Abunə olmaq
Bərdə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə anını belə xatırlayır.

Ermənistan silahlı qüvvələrinin Bərdədə dinc sakinləri 2-ci dəfə hədəf seçərək raket atəşinə tutması nəticəsində 20-dən artıq rayon sakini dünyasını dəyişdi, 70-dən çox yaralanan oldu.

Möhkəm ol, Bərdə! Raket bombardmanından sonra şəhərdəki vəziyyət – video >>

Kimisi iş başında, kimisi yolda, kimisi avtomobilində erməni terrorunun qurbanı oldu. İnsanların sıx olduğu əraziyə atılan raket Aydın İskəndərovun avtomobilinin yaxınlığına düşüb. Hadisə anını necə xatırlayır - videomuzda izləyin.

Bərdədə nə baş verir: Raket atəşinə məruz qalan yerdən kadrlar >>

Bərdə terroru nəticəsində qadın, uşaq, ahıl sakinlər də müxtəlif dərəcəli xəsarətlər alıblar. Tibb işçiləri onların həyatda qalmaları üçün əllərindən gələni edirlər.

Xəbər lenti
0