16:30 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Şabran şəhərində orta məktəbin direktoru könüllü olaraq cəbhəyə yollanıb. Tat icmasının nümayəndələri olan bu ailənin əsgərləri necə dəstəklədiklərini, qələbə xəbərini necə gözlədiklərini videomuzda izləyin.

Əsgər anası Məlahət Şamxalova oğlunun onlardan xəbərsiz hərbi səfərbərlikdə könüllü olaraq  qeydiyyatdan keçdiyini bildirib. Əsgər anası deyib ki, onun oğlu ailəsini, övladlarını, şagirdlərini həmişə çox sevib, lakin vətən sevgisi daha üstün olub.

Atası Abdulla Şamxalov isə bildirib ki, 90-cı illərdə baş verən Qarabağ müharibəsində azsaylı xalqlardan olan tatlar da müharibədə şücaət göstərib. Onlar vətəni çox sevir, vətən uğrunda son damla qanına qədər vuruşmağa hazırdır.

Qarabağ əlili olan Muxtar Şabəddinov qəhrəmanımızın dayısıdır. Dediyinə görə, onun oğlu da ön cəbhədədir:

“Oğlum və bacımın oğlu müharibədə vuruşur. Mən bir Qarabağ əlili kimi bununla qürur duyuram. Mən özüm də könüllü olaraq səfərbərliyə müraciət etmişəm. Mənə ehtiyac olarsa, düşünmədən cəbhəyə yollanmağa hazıram”.

Məktəb direktorunun azyaşlı oğlu Orxan da atası ilə qürur duyduğunu bildirir.

Digər videolar

Əsas mövzular