QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Müharibə döyüş meydanında aparılmalıdır – dinc əhaliylə yox”: Türkiyənin Baş Ombudsmanı

Abunə olmaq
Ombudsman Səbinə Əliyevanın dəvəti ilə Türkiyə Respublikasının Baş Ombudsmanı Gəncəni ziyarət edib, orada baş verənləri öz gözləri ilə görüb. Daha ətraflı – videomuzda.

Bu gün Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Gəncəni ziyarət edərək, orada törədilən hərbi cinayətin fəsadlarını öz gözləri ilə görüb. Onun sözlərinə görə müharibə yalnız döyüş meydanında aparılmalıdır. Gecənin qaranlığında günahsız dinc əhalinin üzərinə bomba atmaq isə cinayətdir və onlar hüquq qarşısında gec və ya tez cavab verəcək.

“Mətbuatdan izlədiyimiz, rəsmilərdən eşitdiyimiz vəhşiliyi yerində görmək, zərər çəkmişlərlə üz-üzə görüşmək, onlarla danışmaq üçün gəlmişik. Və inşallah buradakı işlərimizdən sonra hazırlayacağımız hesabatı öncə Türkiyədəki insan hüquqları qurumlarına, ardından İslam ölkələri və dünyadakı bütün insan hüquqları qurumlarına, bütün ombudsmanlara göndərəcəyik”, - deyə cənab Malkoç mətbuat nümayəndələrinə bildirib.

O, həm də Azərbaycanın bu haqlı mübarizəsində hədəfinə çatacağına ümid etdiyini bildirib.

İsrail səfiri Gəncədə: “Dinc əhaliyə qarşı hücumlar qəbuledilməzdir”  - Sputnik Azərbaycan
VİDEO
İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər dinc sakin həlak olub, 52 nəfər xəsarət alıb.

Xəbər lenti
0