11:02 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Rahim Məmmədov / Leyla Orucova

Mingəçevirdə yaşayan 86 yaşlı Gülavər Aslanova 1 aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım fonduna ianə edib. Daha ətraflı videomuzda izləyin.

Gülavər Aslanova şəhidliyin nə olduğunu çox yaxşı bilir. Atası İkinci Dünya müharibəsində şəhid olub. 86 yaşlı təqaüdçü indi tənha yaşasa da, cəbhədə döyüşən əsgərlərin onun övladları olduğunu deyir və bu addımı atmaqla onlara, az da olsa, yardım etmiş olduğuna ümid edir.

Mingəçevirin yaşlı sakini ölkə başçısının televiziyadan qələbə xəbərlərini izlədikcə, ömrünün uzandığını deyir.

“Qələbə xəbərini alan kimi Şəhidlər Xiyabanına gedib, üstlərində dua oxuyacağam. Deyəcəyəm ki, “ay bala, qanınız yerdə qalmadı”, - deyə Gülavər xala Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə paylaşıb.

Onun yeganə arzusu bütün əsgərlərimizin sağ-salamat qələbə xəbəri ilə qayıtmasıdır.

Digər videolar

Əsas mövzular