03:04 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orujova / Ibrahim Həşimov

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtəri atəşə tutmağa davam edir. Ətarflı videomuzda izləyin.

Səhər saatlarında düşmənin atdığı mərmi daha bir mülki vətəndaşımızın yaralanmasına səbəb olub.
Bu, Tərtər sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynağa oğludur. Yaralı xəstəxanaya yerləşdirilib.

Ermənilər Tərtəri yerlə-yeksan etmək istəyir – video
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Digər videolar

Əsas mövzular