00:54 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Rahim Məmmədov / Leyla Orucova

Gəncədə 17 oktyabrın gecəsi atılmış ballistik raketlərin törətdiyi fəsadlardan sonra xilasetmə əməliyyatları başa çatıb. Daha ətraflı – videomuzda.

Hadisə anında Rəqibə Quliyeva iki qızı və nəvəsi ilə evində olub. Qızı partlayış sonrası döşəmənin altına düşüb, nəvəsi Artur isə çoxsaylı bədən xəsarətləri alıb. Rəqibə xanım nəvəsinin vəziyyətinin yaxşı olduğunu, qızının əməliyyatdan sonra vəziyyətinin necə olduğunu isə hələ də bilmədiyini deyib.

Xilasetmə əməliyyatları başa çatıb. Gün ərzində Gəncə sakinləri hadisə yerinə müxtəlif oyuncaqlar, qərənfil gətirməklə, orada həlak olan əhalini bir daha anıblar.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

İndiyədək dağıntılar altından xəsarət almış 53 nəfər və 13 nəfərin meyiti çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.

Ermənistan ordusunun oktyabrın 10-da Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.

Digər videolar

Əsas mövzular