QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tərtəri yerlə-yeksan etmək istəyirlər – video

Abunə olmaq
Ermənistan Silahlı Qüvvələri Tərtərin Şıxarx qəsəbəsində yerləşən, demək olar ki, bütün evləri yararsız hala salıb. Bundan başqa, ötən axşam atılan mərmilərin üç ədədi orta məktəbin həyətinə düşüb. Daha ətraflı – videomuzda.

Ötən axşam Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən 3 ədədi Tərtər rayonu 1 saylı tam orta məktəbin həyətinə düşüb. Nəticədə də məktəbə xeyli ziyan dəyib. Bununla da Ermənistan ordusunun atdığı mərmilərdən zərər dəyən Tərtər məktəblərinin sayı 13-ə çatıb. 

Bundan başqa, bu gün ermənilər yenə də humanitar atəşkəsə məhəl qoymadan Tərtərin Şıxarx qəsəbəsini mərmi atəşinə tutub. Qəsəbədəki 34 evdən 33-ü tamamilə yararsız hala düşüb.

Xəbər lenti
0