Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gecə bombardmanından sonra Gəncədə axtarış-xilasetmə əməliyyatları necə gedir – VİDEO

Abunə olmaq
Ermənilərin ballistik raket hücumundan sonra Gəncə şəhərində axtarış-xilasetmə əməliyyatlarının necə aparıldığını videomuzdan izləyin.

2020-ci il oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə zərbə endirib.

Gəncənin dəhşətli gecəsi – şəhərin ballistik raket atəşinə məruz qalmış ərazisindən video - Sputnik Azərbaycan
VİDEO
Gəncənin dəhşətli gecəsi – şəhərin ballistik raket atəşinə məruz qalmış ərazisindən video

Raket zərbəsi nəticəsində 13 nəfər həlak olub, 52 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölənlər və yaralananlar arasında qadınlar və uşaqlar da var. Həlak olanların sayının artacağı ehtimal olunur. Çünki hadisə yerində axtarış-xilasetmə əməliyyatları və dağıntıların təmizlənməsi prosesi hələ başa çatmayıb.

Qeyd edək ki, bu, ermənilərin Azərbaycanın ikinci böyük şəhərinə sayca üçüncü hücumudur.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın, habelə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun 9 oktyabrda baş tutan görüşündən sonra 10 oktyabr saat 12:00-dan etibarən Dağlıq Qarabağda atəşkəs barədə razılıq əldə edildi. Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə və bu təşkilatın meyarlarına uyğun olaraq hərbi əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi ilə bağlı razılığa gəldilər.

Lakin Ermənistan silahlı qüvvələri, BMT Nizamnaməsini, habelə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, oktyabrın 11-də səhər tezdən Azərbaycanın ikinci böyük şəhəri - Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış evinin yuxuda olan sakinlərini Ermənistan ərazisindən raket atəşinə tutub. Raket hücumu nəticəsində 9 nəfər ölüb, 40 nəfərə yaxın insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəbər lenti
0