QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Onlara top mərmiləri "layla" çalır: Ağdam sakinləri heç yana getməyəcəklərini deyirlər

Abunə olmaq
Hazırda Ağdam istiqamətində vəziyyət gərgin olaraq qalır. Kənd sakinlərinin sözlərinə görə, səhər saatlarına qədər kəndlər atəş altında saxlanıb. Ətraflı videomuzda izləyin.

Gecə saatlarından etibarən Ermənistan ordusu humanitar atəşkəs rejimini kobud şəkildə pozub.

“Onlar evimizi vurur, Ordumuz isə onların tankını”: Ağdam bu gün necədir  - Sputnik Azərbaycan
VİDEO
“Onlar evimizi vurur, Ordumuz isə onların tankını”: Ağdam bu gün necədir

Saat 1-2 radələrindən başlayaraq cəbhəyanı yaşayış məntəqələri ağır artilleriyadan və toplardan atəşə tutulub. Agdam rayonunun Qaradağlı kəndində də bir neçə evə və təsərrüfata ziyan dəyib.

Kənd sakinlərinin sözlərinə görə, səhər saatlarına qədər kəndlər atəş altında saxlanıb.

Tərtər qəbiristanlığında terror: Hadisə qurbanları nə baş verdiyini danışırlar – video >>

Cəbhəyanı yaşayış məntəqələrinin sakinləri heç nədən qorxmadıqlarını və orduya güvənərək kənddə qaldıqlarını bildiriblər.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Xəbər lenti
0