Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gəncənin dəhşətli gecəsi – şəhərin ballistik raket atəşinə məruz qalmış ərazisindən video

Abunə olmaq
2020-ci il oktyabrın 17-də gecə saatlarında  Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərinə ballistik raketlərlə zərbə endirib. Şəhərdə baş verənlərlə bağlı daha ətraflı videoda.

Son məlumatlara görə, hadisə nəticəsində 13 nəfər həlak olub, yaralananların sayı isə 52-yə çatıb. Şəhərdəki mülki obyektlərə, infrastruktura və nəqliyyat sisteminə ciddi ziyan dəyib.

Kəmaləddin Heydərov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gəncəyə raket əhalinin sıx yaşadığı əraziyə atılıb - Nazir

Qeyd edək ki, bu, ermənilərin Azərbaycanın ikinci böyük şəhərinə sayca üçüncü hücumudur.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın, habelə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun 9 oktyabrda baş tutan görüşündən sonra, oktyabrın 10-dan saat 12:00-dan etibarən Dağlıq Qarabağda atəşkəs barədə razılıq əldə edildi. Tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə və bu təşkilatın meyarlarına uyğun olaraq hərbi əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi ilə bağlı razılığa gəldilər.

Fövqəladə Hallar naziri: Sakinlər mənzillərlə təmin ediləcək >>

Lakin Ermənistan silahlı qüvvələri BMT Nizamnaməsini, habelə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, oktyabrın 11-də səhər tezdən Azərbaycanın ikinci böyük şəhəri - Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış evinin yuxuda olan sakinlərini Ermənistan ərazisindən raket atəşinə tutub. Raket hücumu nəticəsində 10 nəfər ölüb, 40 nəfərə yaxın insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəbər lenti
0