08:47 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Ağdamın Xındırıstan kənd sakinləri əmindirlər ki, Ermənistan SQ gücü Ordumuza çatmadığına görə dinc əhalini, kənd evlərini mərmi atəşinə tutub. Daha ətraflı videomuzda.

Ermənistan silahlı qüvvələri Ağdamın cəbhəyanı yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edir. Ən çox atəşə məruz qalan yaşayış məntəqələri Təzəkənd qəsəbəsi, Xındırıstan, Çıraqlı, Çəmənli, Zəngişalı və digər cəbhəyanı yaşayış məntəqələridir. Səhər saatlarında atılan mərmilərdən biri Xındırıstan kəndində Elnur İsmayılova məxsus evə düşüb. Ev tamamilə dağılıb. Həmin vaxt ev sakinləri təsərrüfat işləri ilə məşğul olduğundan xoşbəxtlikdən xəsarət alan olmayıb.

Ev sahibinin qohumu Oruc İsmayılov hadisə yerində olub. O əmindir ki, Ermənistan SQ gücü ordumuza çatmadığına görə dinc əhalini, kənd evlərini mərmi atəşinə tutub.

“Yüz dənə bu cür ev Ordumuza, millətimizə, dövlətimizə qurban olsun. Orduya gücü çatmadığından bu evi vurdu dağıtdı, amma dövlətimiz yenidən bundan da gözəl bərpa edəcək, amma Ordumuzu, inşallah, qələbə ilə gözləyirik. Ordumuza, dövlətimizə güvənmişik. Və gördüyünüz kimi xalqımız birdir”, -deyə o, Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

Bütün bunlara baxmayaraq cəbhəyanı yaşayış məntəqələrinin sakinləri heç nədən qorxmadıqlarını və öz ev-eşiklərini tərk etməyəcəklərini bildiriblər.

Digər videolar

Əsas mövzular