23:31 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində diasporumuzun hazırkı mərhələdə gördüyü işlər barədə danışıb.

Bütün bu təxribatların, hücumların məqsədi Azərbaycanın dinc əhalisini qorxutmaqdır.  Amma buna nail ola bilməyəcəklər.

Ombudsman: Azərbaycana qarşı törədilənlər terrordur
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində bunu bəyan edib. Gəncəyə Ermənistanın raket hücumunu şərh edən Muradov iri diaspor təşkilatlarını bu terror aktına reaksiya verməyə çağırıb.

“Bir daha bizim diasporun bu məsələdəki rolunu vurğulamaq istəyirəm. Bu gün bizim bütün diaspor təşkilatlarımız ayaqdadır. Onlar 50 ölkədə erməni yalanlarını ifşa etməklə, informasiya blokadasını qırmaqla məşğuldurlar”, - Komitə sədri vurğulayıb.

Muradov qarşı tərəfin hazırda apardığı diaspor fəaliyyətinə də toxunub: “Erməni diasporu vəsait toplayır, onlar bu barədə açıq şəkildə bildirirlər. Deyirlər ki, biz bu vəsait hesabına, məsələn, 5 tank, yaxud 3 zirehli hərbi texnika alacağıq. Və həmin qeyri-leqal təşkilatların bu cür təşəbbüsünü dəstəkləyənlər bəlkə də bunu başa düşmürlər. Ona görə də bunu onların nəzərinə çatdırmaq lazımdır. Onlar başa düşməlidirlər ki, Ermənistanın hazırkı rejiminin rəhbərliyi o insanların özlərinin məhvinə, hətta həmin diaspor təşkilatlarının özü üçün çox ağır nəticələrə səbəb olacaq”.

Digər videolar

Əsas mövzular