14:31 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Ermənistan Silahlı Qüvvələri səhər saatlarından Ağdamın yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Yarısı dağınıq vəziyyətdə olan Təzəkənd sakinlərinin buna münasibətini videomuzda izləyin.

Ağdamın Təzəkənd qəsəbəsi sakinləri artıq partlayış səslərinə vərdiş ediblər. İki həftədir atəş altında olan sakinlər, bütün bunlara rəğmən öz evlərindən heç yerə getmək fikirlərinin olmadığını bildiriblər. Təzəkəndlilər bütün mülklərini qurban verməyə hazırdır, təki yenidən Qarabağ torpaqlarına qayıda bilsinlər.

Sputnik Azərbaycan-ın bölgə müxbirləri bu dağıntıları öz gözləri ilə görüb, sakinlər ilə danışmağa imkan tapıblar. Müxbirimizin müşahidələrinə əsasən, ermənilərin atdığı mərmilərin hər 10-dan 3-4-ü partlamır. Bu da onu göstərir ki, onların sursatı tükənib və anbarlarda qalan köhnə mərmilərdən istifadə edirlər.

Xatırladaq ki, bu gün saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur.

Buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə hücuma keçməyə cəhd göstərib, mülki əhalimizi mərmi atəşinə tutmağa davam edir.

Digər videolar

Əsas mövzular