08:13 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Otujova / İbrahim Həşimov

Bərdə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya hücumuna məruz qalır. Atılan raketlərdən sonra torpaqda dərin çalalar əmələ gəlib. Videomuzu izləyin.

Bu yaxınlarda “Qədim Bərdə” restoranına mərmi düşməsi nəticəsində şəhər mərkəzində iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bərdənin mərkəzindəki orta məktəbin yaxınlığına düşən raketlər isə daha beş nəfərin yaralanmasına səbəb olub. Yaxınlıqdakı evlər və avtomobillər də zərər görüb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (660)
Teqlər:
raket zərbələri, dinc sakinlər, Bərdə, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Digər videolar

Əsas mövzular