QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Möhkəm dur, Ağdam! Rayona günortaya qədər 350 mərmi düşüb – video

Abunə olmaq
Bu gün günorta saat 12-yə kimi Ağdam rayonunun ərazisinə 350-yə yaxın mərmi düşüb. 27 evə ciddi ziyan dəyib, bir neçəsi dağılıb. Məktəb binası, tibb məntəqəsi zədələnib. Daha ətraflı – videomuzda.

Dağlıq Qarabağda hərbi əməliyyatların 12-ci günü davam edir. Bu gün günortaya qədər Ağdamın ərazisinə 350-yə yaxın mərmi düşüb. 27 evə ciddi ziyan dəyib, onlardan bir neçəsi dağılıb. Bir orta məktəb binası, musiqi məktəbi və tibb məntəqəsinə ciddi ziyan dəyib.

Kəndlərdən birində minik avtomobilinin yanına mərmi düşməsi nəticəsində maşında olan 2 nəfər xəsarət alıb.

İmamqulubəyli kəndində məskunlaşmış Ağdamdan məcburi köçkün olan Qənimət Quliyevin həyətinə də mərmi düşüb. Həyətdəki yarımtikililərə ziyan dəyib və "Mercedes" markalı minik avtomobili yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.  

Xəbər lenti
0