04:55 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orujova / İbrahim Həşimov

Ermənistan silahlı qüvvələri cəbhəyanı yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutmağa davam edir. Sputnik Azərbaycan-ın bölgə müxbiri Ağdamın atəşə məruz qalmış kəndlərində olub.

Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində iki sakin həlak olub.

Qurbanların sayı artır: Bərdədə ev deşik-deşik edilib – video
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Xındırıstan kəndi Ermənistan silahlı qüvvələrinin ən çox atəşə məruz qoyduğu kəndlərdən biridir. Bu gün atılan mərmilərdən biri ölümlə nəticələnib. Həmin vaxt evdə olan kənd sakini, 75 yaşlı Zərifə Əliyeva dünyasını dəyişib.

Ermənistan ordusunun atdığı top mərmisi Ağdamın Böyükbəyli kənd sakininin həyətinə düşüb. Nəticədə Sabir Rüstəmov adlı şəxs xəsarət alıb. Ona xəstəxanada lazımi tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Sabir Rüstəmov yaralanmasına baxmayaraq heç nədən qorxmadığını və kənddən çıxmayacaqlarını bildirib. 

Ermənistan SQ-nin döyüş meydanında atıb qaçdığı hərbi texnikanın yeni görüntüləri >>

Dördyol-2 qəsəbəsində FHN-in Ağdam Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 27 yaşlı Qismət Yusifov qapalı kəllə-beyin travması alaraq Ağdam RMX-ya yerləşdirilib.

Daha ətraflı videomuzda izləyin.

Teqlər:
ölənlər və yaralılar, mərmi, yaşayış evləri, Ağdam, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Digər videolar

Əsas mövzular