https://cdn1.img.sputnik.az/images/07e4/0a/05/425118760.jpg
Sputnik Azərbaycan
https://cdn2.img.sputnik.az/i/logo.png
Sputnik
https://cdn2.img.sputnik.az/i/logo.png
https://sputnik.az/video/20201005/425118838/ganja-bazari-mermi-ateshinden-sonra-nece-gorunur.html
Gəncə bazarı mərmi atəşindən sonra necə görünür - video
Gəncənin mülki obyektləri artıq ikinci gündür Ermənistan ordusunun atəşlərinə məruz qalır. Bu gün ermənilər Gəncə bazarını da vurublar. Şəhərdə baş verənləri Sputnik Azərbaycan-ın videosunda izləyin
https://nfw.ria.ru/flv/file.aspx?nolog=1&ID=26213579&type=mp4
https://cdn1.img.sputnik.az/images/07e4/0a/05/425118760.jpg
https://cdn2.img.sputnik.az/i/thumbnail/background_4x3.jpg
https://cdn2.img.sputnik.az/i/thumbnail/background_1x1.jpg
PT0M33S
2020-10-05T17:08Z
Gəncənin mülki obyektləri artıq ikinci gündür Ermənistan ordusunun atəşlərinə məruz qalır. Bu gün ermənilər Gəncə bazarını da vurublar. Şəhərdə baş verənləri Sputnik Azərbaycan-ın videosunda izləyin
Bu gün səhər saatlarından etibarən Ermənistanın silahlı qüvvələri Bərdə şəhəri, Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Baş Prokurorluğun məlumatına görə, Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, "Yevlax avtovağzalı" kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Eyni zamanda, Beyləqan şəhərinə atılan 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.
Gəncədə baş verənləri Sputnik Azərbaycan-ın videosunda izləyin.