https://cdn2.img.sputnik.az/images/07e4/0a/05/425114183.jpg
Sputnik Azərbaycan
https://cdn2.img.sputnik.az/i/logo.png
Sputnik
https://cdn2.img.sputnik.az/i/logo.png
https://sputnik.az/video/20201005/425114255/ushaqlar-partlayish-sesinden-qorxur-aghdamin-uchoghlan-kendi-sekseke-ichinde.html
Uşaqlar partlayış səsindən qorxurlar: Üçoğlan sakinlərisə Vətəni tərk etməmək əzmindədir
Ağdamın Üçoğlan kəndinə ötən gün günorta saatlarına kimi ona yaxın mərmi düşüb. Bir ev raket mərmisi zərbəsindən darmadağın edilib. İnsanların yaşayışı alt-üst edilib. Daha ətraflı – videomuzda.
https://nfw.ria.ru/flv/file.aspx?nolog=1&ID=90303280&type=mp4
https://cdn2.img.sputnik.az/images/07e4/0a/05/425114183.jpg
https://cdn2.img.sputnik.az/i/thumbnail/background_4x3.jpg
https://cdn2.img.sputnik.az/i/thumbnail/background_1x1.jpg
PT1M42S
2020-10-05T14:07Z
Ağdamın Üçoğlan kəndinə ötən gün günorta saatlarına kimi ona yaxın mərmi düşüb. Bir ev raket mərmisi zərbəsindən darmadağın edilib. İnsanların yaşayışı alt-üst edilib. Daha ətraflı – videomuzda.
Sputnik Azərbaycan-ın bölgə müxbiri Ağdamın Üçoğlan kəndində Ermənistan silahlı qüvvələrinin səbəb olduğu dağıntılara öz gözü ilə şahid olub. Ona yaxın raket və ağır artilleriya mərmiləri evləri darmadağın edib, insanların təsərrüfatlarını puç edib. Kənd sakinlərinin zəhmətlə qışa tədarük etdikləri ot tayaları yanıb külə dönüb.
©
Sputnik / Rahim Məmmədov / Leyla Orucova
Mehdiyev ailəsi isə tamamilə evsiz qalıb. Uşaqlar partlayış səslərindən qorxurlar. Kənd sakinləri isə hər şeyə rəğmən torpaqlarında qalmaq və Vətəni tərk etməmək əzmindədirlər. Onların duaları Azərbaycan əsgərinin yanındadır.
Qeyd edək ki, son səkkiz gün ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif yaşayış ərazilərini atəşə tutması nəticəsində 25 nəfər mülki şəxs dünyasını dəyişib, 124 nəfər xəsarət alıb. 56 mülki obyekt, 306 yaşayış evi yararsız vəziyyətə düşüb.