QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdam rayonunda ailələr evsiz qalıblar – bombalanmış evlərdən VİDEO

Abunə olmaq
Cəbhə bölgəsində yerləşən şəhər və kəndlərimizi artıq bir həftədən çoxdur ki, Ermənistan silahlı Qüvvələri atəş altında saxlayır.

Ağdamın dinc sakinləri mərmi yağışı altında yaşayırlar. Rayonun müxtəlif kəndlərində baş verənləri videodan izləyə bilərsiniz.

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tuturlar. Düşmənin intensiv şəkildə atəş aşması nəticəsində Ağdam rayonunun Təzəkənd, Əlibəyli və Quzanlı kəndlərindəki evlər yararsız hala düşüb. Mülki əhalinin ev təsərrüfatına böyük ziyan dəyib.

Goranboyda “Smerç” raketinin düşdüyü ev darmadağın olub – hadisə yerindən video  - Sputnik Azərbaycan
VİDEO
Goranboyda “Smerç” raketinin düşdüyü ev darmadağın olub – hadisə yerindən video

Sputnik Azərbaycan-ın bölgə müxbiri həmin kəndlərə baş çəkərək dağılan evləri lentə alıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

MN: Ermənilərin döyüş aktivliyinin qarşısı alınıb, ona sarsıdıcı zərbə endirilib - VİDEO >>

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-də isə Azərbaycan ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.

Xəbər lenti
0