15:12 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Rahim Məmmədov / Leyla Orucova

Cəbhə xəttində yerləşən kənd sakinləri durmadan atəşə tutulurlar. “Smerç” raketinin düşməsi ilə Goranboyun Səfikürd kəndindəki evin hansı vəziyyətə düşdüyünü videomuzda izləyin.

“Smerç” reaktiv yaylım atəşi sistemi (RYAS) uzun məsafədən düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuşdur. Ermənistan SQ isə onu Azərbaycanın dinc əhalisinə qarşı tətbiq etməyə başlayıb. Goranboyun Səfikürd kəndində yaşayan Cəfərnicati ailəsi evindən məhrum olub. Raket evin yaxınlığına düşüb, qəlpələri isə qonşuluqda yerləşən daha bir ev və məktəb binalarına ziyan vurub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri hadisə yerindən reportaj hazırlamağa müvəffəq olub.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-si isə Azərbaycan Ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.

Digər videolar

Əsas mövzular