13:43 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Artıq altıncı gündür qızğın döyüşlərin getdiyi cəbhə xəttindən bir sıra ölkələrin jurnalistləri həqiqəti dünyaya çatdırmağa çalışır. Türkiyəli jurnalist Fatih Avanosun cəbhə xəttindən təəssüratlarını videomuzda izləyin.

Türkiyəli jurnalist Fatih Avanos dəfələrlə Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq dinc əhalinin yaşadığı əraziləri atəşə tutduğunu bəyan edib, şəhidlərimizin evindən reportajlar hazırlayıb. Cəbhə xəttində qızğın döyüşlərin başladığı andan həqiqətləri dünya cəmiyyətinə çatdıran jurnalist öz təəssüratlarını Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə paylaşıb.

“Ermənistanın hücumlarını yaxından görmək, bu həqiqətləri bilavasitə Türk millətinə çatdırmaq istəyirik. Füzulidə əsgərlərlə, dinc əhaliylə görüşmüşük. Onların yüksək əhval-ruhiyyədə olduğunun şahidi olmuşuq”, - deyə o, bizimlə bölüşüb.

Sonda türkiyəli həmkarımız qısa zamanda hamımızın Qarabağdan birgə reportaj hazırlamağımızı arzu edib.

Digər videolar

Əsas mövzular