QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tərtərdə ölümlə nəticələnən mərmi yağışı – hadisə yerindən dəhşətli kadrlar 18+

Abunə olmaq
Bütün gün ərzində Ermənistan Silahlı Qüvvələri Tərtərin rayon mərkəzinə durmadan atəş açıb. Təəssüf hissi ilə bildiririk ki, hadisə nəticəsində daha bir sakin dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin hadisə yerində apardığı çəkilişdə mərminin düşdüyü yer və həyatını itirmiş Tərtər sakininin Təcili tibbi yardım maşınına yerləşdirilməsi görünür.

Gün keçdikcə bəlli olur ki, Ermənistan Silahlı Qüvvələri müharibəni əsgərimizlə deyil, dinc əhalimizlə aparır. Ermənilərin dinc əhalimizə atəş açması nəticəsində beş gün ərzində dünyasını dəyişənlərin sayı 18, yaralananların sayı isə 55-ə çatıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Xəbər lenti
0