QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tərtər sakinlərinin narahat gecəsi: yaşayış binaları mərmi atəşləri altında

Abunə olmaq
Qarşı tərəfin axşamüstü atılan mərmilərindən biri Tərtərin rayon mərkəzindəki yaşayış binasının yaxınlığına, digər isə Olimpiya kompleksinin yaxınlığına düşüb. Binalara zərər dəyməsə də, ətraf ərazilərdə fəsad var.

Daha bir mərmi icra nümayəndəliyi binasının yaxınlığına düşüb. Nəticədə binaya zərər dəyib, şüşələr, pəncərələr sınıb. Heç bir hadisədə xəsarət alan olmayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Подразделения АР проводят боевую операцию по освобождению земель - Sputnik Azərbaycan
VİDEO
“Atəş!” – Torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı davam edir

Azərbaycan Ordusunun ön xətt bölmələri qarşı tərəfin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

Xəbər lenti
0