04:52 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Rahim Zakiroğlu / Kamilla Əliyeva / Leyla Orucova

Astara sakini uzun illər boyu həkim kimi işləyib, boş zamanlarında isə emalatxanasında dəmirçi kimi metalı istədiyi formalara salır. Onun buna necə nail olduğunu isə videomuzda izləyin.

Astara rayonu ucqar Sım kəndinin 74 yaşlı sakini Talıb Salayev uzun illər həkim işləməklə yanaşı, dəmirçiliklə məşğul olaraq da insanlara yardım edib. Salayev bölgədə tanınmış dəmirçilərdən sayılır və bu xüsusi qüvvət və bacarıq tələb edən əsl kişi işi ilə uşaqlıqdan məşğul olur.

Ailədə peşə nəsildən-nəslə ötürülür. Öz istedadı hesabına həkimliyə yiyələnən Salayev ata-babasının dəmirçilik sənətini də yaşatmağa çalışıb. Oğulları ilə birgə o, naldan tutmuş orağa qədər kənd təsərrüfatında istifadə edilə bilən hər cür alət hazırlayır.

Altı qardaş arasında atasının işini yalnız Talıb Salayev davam etdirib. Onun qardaşları peşəni bacarsalar da, özləri üçün digər sənət seçərək müəllim kimi fəaliyyət göstəriblər. Bu gün isə Salayevin iki oğlu ailə işini davam etdirir, hətta nəvələri belə yavaş-yavaş işin incəliklərinə yiyələnirlər.

Teqlər:
peşə, həkim, dəmirçi, Astara

Digər videolar

Əsas mövzular