CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə oazis: Gəncə sakini öz həyətini Nəbatat bağına çevirib – video

Abunə olmaq
Gəncə sakini öz bağında on iki növ müxtəlif quş bəsləyir və ekzotik ağaclar yetişdirir. Bu unikal bağ haqqında daha ətraflı videomuzda öyrənin.

Ölkənin ikinci böyük şəhərində yaşayan elmlər doktoru, professor Zaur Həsənov öz həyətində kiçik bir Nəbatat bağı salıb desək, yanılmarıq.

Burada həm yerli, həm də xaricdən gətirilən ağaclar əkilib. Gəncə sakini  bir neçə il ərzində xaricdə yetişən Ərgivan (İuda ağacı), yapon ağcaqayını, hind yasəməni, sarmaşan kolxedia və digər dekorativ bitkiləri, habelə cənub bölgəsində yetişən limon, naringini öz həyətində bitirə bilib.

Zaqatalalı gənc lazımsız materiallardan öz bağında nağıllar aləmi yaradıb  - Sputnik Azərbaycan
VİDEO
Oxumamış rəssam - Zaqatalalı gənc bağında lazımsız materiallardan nağıllar aləmi yaradıb

Bağ sahibinin sözlərinə görə, şəhər ərazisində ərsəyə gətirdiyi bağı bir çoxları nə az, nə çox “Nəbatat bağı” adlandırır.

“Çalışmışıq ki, müəyyən forma verək ki, gələn, görən üçün göz oxşaya bilən mənzərə yaransın. Həm quşlardan, həm də bitkilərdən qonaqlarımız zövq ala bilsinlər. Əsasən uşaqlarım və nəvələrim üçündür”, - deyə professor Həsənov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Zaur Həsənov bağda dekorativ ağaclarla yanaşı, 12 müxtəlif növ quş da bəsləyir. Maraqlı məqam ondan ibarətdir ki, həmin canlılar nömrələnmiş qəfəslərdə saxlanır. Burada qədimilik də qorunub, onların bəsləndiyi yuvaların önündə keçmişdə istifadə edilən lampalarda qoyulub. Bağda az-az rast gəlinən ağ tovuzquşu, müxtəlif qırqovullar və kəklik saxlanılır.

“Müxtəlif tovuzquşlarını saxlayıram. Onlardan üç növü Qafqazda yaşayır, bundan başqa ağ tovuzquşu və qırqovul da var. Adi yemdir. Balaca quşlara qırma buğda veririk, böyüklər isə buğdanın özü ilə qidalanırlar”, - deyə bağ sahibi bizə danışıb.

Görənlərin diqqətini çəkən Gəncənin Nəbatat bağı insanın ruhunu dincəldir. Quşların səsi, fərqli görünüşü isə bu məkanı seyr edən üçün xüsusi üstünlük yaradır. Bir sözlə şəhər içində bu gözəl mənzərə, hər hansı xarici filmdə deyil, reallıqda, Zaur Həsənovun əl əməyi nəticəsində ərsəyə gəlib.

Xəbər lenti
0