CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təsərrüfat sahibləri zoğal ağaclarını niyə kəsirlər?

Abunə olmaq
Zoğal ölkə xaricinə çıxarılan azsaylı kənd təsərrüfatı məhsullarından biridir. Lakin bu il təsərrüfat sahibləri qazanc əldə edə bilmir və bağlarını kəsməyə meyl edirlər. Səbəbini isə videomuzdan öyrənin.

Zoğal mürəbbəsi, turşusu və kompotu qış üçün strateji məhsullardan hesab edilir. Belə ki, hamımız zoğalın soyuqdəyməyə qarşı bir nömrəli dərman olduğuna inanırıq.

Azərbaycanın “mahitos”ları Rusiyaya yola düşür: COVID pomidor yığımına mane ola bilmədi  - Sputnik Azərbaycan
VİDEO
Azərbaycanın “mahitos”ları Rusiyaya yola düşür: COVID pomidor yığımına mane ola bilmədi

Zoğal bağlarına Qazax rayonunda hər evdə rast gəlmək olar. Avqustun əvvəllərindən yığımı başlayan məhsulun satışı isə əsasən Rusiya bazarlarında aparılır. Sahibkarlar tərəfindən alışı təşkil edilən meyvə təsərrüfatlardan yığılaraq yük avtomobilləri ilə ölkə xaricinə çıxarılır.

Lakin dəyişən qiymətlər və alıcılarla birbaşa əlaqələrinin olmadığını deyən təsərrüfat sahibləri üçüncü şəxslərin qiymətləri oynatdığını və nəticədə qazanc əldə edə bilmədiklərini söyləyirlər. Bu səbəbdən alıcısı var deyə yeni zoğal bağları salanlar da var, gəlir götürə bilmədiyindən bağlarını kəsənlər də.

Qazax rayon Kosalar kənd sakini Azər Nəsibov düşünür ki, satışın dövlət tərəfindən təşkil ediləcəyi təqdirdə sahibkarların daha çox gəlir götürə biləcəklərini deyib.

“Bu il iqlim şəraitinə görə məhsuldarlıq aşağı oldu. Buna baxmayaraq, qiymətlər yenə əvvəlki illərdən fərqlənmədi. Bunun Azərbaycanda bazarı yoxdur. Təsərrüfatçı da xaricə çıxara bilmir. Alıcılarla təsərrüfatçılar arasında olan üçüncü şəxslər daha çox qazanırlar”, - deyə təsərrüfatçı öz fikirlərini Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə bölüşüb.

Kamera önündə danışmaq istəməyən alıcılar isə yerli bazarın Rusiya bazarları ilə tənzimləndiyini bildiriblər. Bəzi təsərrüfatçılar suya tələbkar olduğu, qiymətinin kəskin dəyişməsi və daha gəlirli meyvə yetişdirmək istədiklərinə görə zoğal ağaclarını kəsməli olurlar.

Xəbər lenti
0