16:26 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Altı aylıq fasilədən sonra məktəblilər yenidən parta arxasına əyləşiblər. Nə gül gətirən var, nə də ənənəvi cərgədə duran. Azərbaycanda infeksiya şərtləri altında ilk tədris gününün necə keçdiyini videomuzda izləyin.

Bu gün bütün altı yaşlı uşaqların səbirsizliklə gözlədiyi bir andır. Onlar da nəhayət ilk dəfə məktəb şagirdi kimi parta arxasında əyləşə biliblər. Amma hər il müşahidə etdiyimiz bayram əhval-ruhiyyəsini bu il pandemiya, maska və sosial məsafə əvəz edib.

Ölkənin bütün məktəblərində bu gün ilk tədris günü hesab edilir, amma ənənəvi mənada deyil. Yalnız I-IV sinif şagirdləri əyani olaraq həftədə iki dəfə məktəbə gedəcək, digərləri isə təhsilin ilk gününü planşet, telefon və kompüter arxasında keçirəcəklər.

Yeni tədris ilinin hansı qaydalarla və necə keçdiyini videomuzda izləyin.

Teqlər:
Koronavirus, COVID-19, maska, pandemiya, şagirdlər, Bakı, dərs, ilk, Bilik Günü, məktəb

Digər videolar

Əsas mövzular